Pauerlifting üzrə II açıq respublika çempionatı keçirilib
Bizi izləyin

İdman

Pauerlifting üzrə II açıq respublika çempionatı keçirilib

Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının “Maneəsiz Həyat” layihəsi çərçivəsində pauerlifting üzrə II açıq respublika çempionatı keçirilib.

Publika.az-ın məlumatına görə, çempionatda Milli Paralimpiya Komitəsinin (MPK), “Neftçi” idman-sağlamlıq mərkəzinin, “Qəbələ” və Gəncə idman klublarından ümumilikdə 9 çəkidə 40 əlil idmançı iştirak edib.

MPK-nin dəstəyi ilə keçirilən çempionatın açılışında Komitənin rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatının rəhbərləri iştirak ediblər.

Yarışın nəticələrinə görə, 49 kq çəki dərəcəsində Pərvin Məmmədov birinci, İntiqam Haqverdiyev ikinci, Namaz Namazov üçüncü yerlərə çıxıblar. Çempionatda 54 kq çəki dərəcəsində isə Azər Əlizadə birinci, Mikayıl Kərimov ikinci, Orxan Əliyev üçüncü olublar.

Qadınlar arasında 50 kq çəkidə Bikəxanım Vəliyeva, Samirə Əsədova və Bahar Şıxıyeva ilk üç yerlərdə qərarlaşıblar.

Yarışda 72 kq çəkidə Əhməd Rəzm Azər, Kənan Fərzəliyev və Xəzər Namazov, 80 kq-da Nurlan Babacanov, İlkalim Atakişiyev, İsrahim Həsənov müvafiq olaraq ilk üç yerləri tutublar. Əli Babacanov 86 kq çəkidə gənclər arasında dünya rekordunu vuraraq birinci olub.

Böyüklər arasında isə Gündüz İsmayılov birinci, Əli Nicat ikinci, Bəhlul Əliyev üçüncü olublar. Yarışda 107 kq-da 246 kiloqramlıq çəkini qaldıraraq dünya rekordunu yeniləyən Elşən İsmayılov birinci, Bəhruz Bəşirov ikinci, 107 kq-dan artıq çəkidə isə Məhərrəm Əliyev, Mehdi Səfərzadə və Əhməd Yusifov ilk üz yerləri tutublar.

Çempionata ilk dəfə qatılan Uşaq Paralimpiya Komitəsinin idmançıları öz güclərini 40 kq çəkidə sınayıblar. On üç yaşlı idmançımız Əli Abdullayev ikinci yerlə kifayətlənib. Gəncə şəhərindən gələn 14 yaşlı Vüqar Kərimov Azərbaycan çempionu adına layiq görülüb.

Qaliblər kubok, medal və diplomla təltif olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm