Pirallahıda "zər tutdular" - FOTO
Bizi izləyin

İdman

Pirallahıda "zər tutdular" - FOTO

Pirallahı rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş nərd üzrə rayon çempionatı keçirilib.

Publika.az-ın məlumatına görə, rayon icra hakimiyyətinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 65 nəfər mübarizə aparıb.

Yarışın açılışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Sonra çempionatın qalibləri mükafatlandırılıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm