“Neftçi”nin futbolçusundan növbəti görünməmiş tərbiyəsizlik- FOTOLAR
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusundan növbəti görünməmiş tərbiyəsizlik- FOTOLAR

“Neftçi”nin futbolçusundan növbəti görünməmiş tərbiyəsizlik- FOTOLAR

Premyer Liqanın 20-ci turunda keçirilən "Xəzər Lənkəran"- "Neftçi" qarşılaşmasında gərgin anların yaşandığı barədə məlumat vermişdik.

Oyun baş hakimi Rəhim Həsənovun onlara qarşı qərəzli olduğunu iddia edən “Neftçi”nin rəhbər şəxsləri, futbolçuları və azarkeşləri meydanda baş verənləri sosial şəbəkələr vasitəsi ilə də müzakirə ediblər. Publika.Az xəbər verir ki, müzakirəklərə “Neftçi”nin oyunçusu Mahir Şükürov da qoşulub. Şükürov həmişə olduğu kimi, yenə də idmançıya yaraşmayan ifadələr işlədib, oyunun baş hakimi Rəhim Həsənovun ünvanına küçə söyüşləri səsləndirib.

O klubun “facebook”dakı azarkeş səhifəsində (Neftchi Baku [Fan Page])Rəhim Həsənovun paylaşılan şəklinin altında tərbiyəsiz rəy yazıb. Şərhi təqdim edirik, amma Mahir Şükürovun dərc olunması mümkünsüz olan tərbiyəsiz ifadəsini nöqtələrlə əvəz edirik:

“"Neftçi" sevərlər, biz bu oyunu udmuşuq. Lənkəran çox aciz idi bizim qarşımızda. Bu, Rəhim Həsənovun hər şeyini "Neftçi" sevərlər ...... Belə çempionat olmaz, hirsliyəm”.

Bu, Mahir Şükürovun ilk belə tərbiyəsizliyi deyil. Görünür, ya “Neftçi” öz futbolçusunu tərbiyələndirmək istəmir, ya da buna qadir deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm