Əfsanəvi idmançımız çətin sınaq qarşısında: “Tarixə düşəcəyəm”
Bizi izləyin

İdman

Əfsanəvi idmançımız çətin sınaq qarşısında: “Tarixə düşəcəyəm”

2015-ci ildə keçiriləcək I Avropa Oyunlarında paralimpiyaçı cüdoçularımız da mübarizəyə qoşulacaq.

Publika.az-ın məlumatına görə, paralimpiyaçılarımızın yarışı bir gün ərzində baş tutacaq.

90 kq-dan artıq çəki dərəcəsində olan kişi və 57 kq çəkidə qadın cüdoçular tatami üzərinə çıxacaqlar.

Həm kişi, həm də qadınların mübarizəsinə 8 idmançı qoşulacaq. Heydər Əliyev Arenasında keçiriləcək yarışda ümumilikdə 10 ölkə - Azərbaycan, Fransa, Böyük Britaniya, Almaniya, Yunanıstan, Macarıstan, Rusiya, İspaniya, Türkiyə və Ukrayna təmsil olunacaq.

İkiqat paralimpiya, ikiqat dünya, beşqat Avropa Çempionu İlham Zəkiyev turnirdə Azərbaycanı təmsil edəcək.

Zəkiyev açıqlamasında bu turnirdə iştirak etməyin onun üçün şərəf olduğunu deyib:

"Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizin təmsilçisi kimi seçilmək mənim üçün böyük şərəfdir və ümid edirəm ki, ilk çempion kimi tarixə düşəcəyəm. Gözdən əlil idmançılar arasında keçirilən cüdo yarışının "Bakı-2015"in proqramına daxil edilməsi çox gözəldir və Heydər Əliyev Arenasında keçiriləcək yarışda Azərbaycana medal qazandırmaq imkanı əldə etdiyim üçün fəxr edirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm