Cahangir Əsgərov onu işdən niyə uzaqlaşdırdı? – ÖZƏL
Bizi izləyin

İdman

Cahangir Əsgərov onu işdən niyə uzaqlaşdırdı? – ÖZƏL

Ağır Atletika Federasiyasında yenə problem yaranıb. (http://publika.az/p/51178 )

Publika.az-ın əldə etdiyi məlumata görə, hazırda milli komandanın baş məşqçisi macarıstanlı Tamas Feherə köməkçilik edən Nizami Paşayevin işdən uzaqlaşdırıldığı deyilir.

Belə ki, Cahangir Əsgərovun federasiyasında Paşayevin iş fəaliyyəti zəif qiymətləndirilib.

Buna görə Nizami Paşayevin fəaliyyətinə xitam verildiyi bildirilir.

Hətta ikiqat dünya çempionunun vəzifədən uzaqlaşdırılmasına səbəb kimi idmançılarımızın Qazaxıstanın Almatı şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında uğursuzluğu göstərilir.

Niyə məhz Nizami Paşayev, digər məşqçilər yox? Bu suala cavab tapa bilməsək də, məsələ ilə bağlı keçmiş idmançının özü ilə əlaqə saxladıq.

Publika.az-a danışan N.Paşayev işdən uzaqlaşdırılmadığını dedi:

“Xeyr, hələ işləyirəm. Uzaqlaşdırılmamışam”.

Paşayev idmançılarımızın dünya çempionatında uğursuz olmaları ilə bağlı iddiaya sərt, əsəbi şəkildə təpki verib. Çünki o, nəticəni heç də uğursuz saymır: “3 yeniyetmə idmançı ilə dünya çempionatına gedib belə nəticə veririksə, buna heç də uğursuzluq demək olmaz. Biz nə etməli idik?”

Xatırladaq ki, Qazaxıstanın Almatı şəhərində ağır atletika üzrə dünya çempionatı keçirilib. Yarışda kişilərdə 62, qadınlarda 51 ölkədən idmançı körpücük üzərinə çıxıb. Kişilərin komanda hesabında Çin birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yeri qazanıb. Yarışa gənc heyətlə yollanan Azərbaycan yığması 33-cü olub. İdmançılarımızdan Elmar Alıyev 56 kq çəki dərəcəsində 24-cü, Rüstəm İmanzadə 62 kq çəki dərəcəsində 17-ci, Dadaş Dadaşbəyli 94 kq çəki dərəcəsində 14-cü yeri tutub.

(http://publika.az/site/p/45050 )

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm