• USD 1,7238 +0,10% EUR 1,8536 -0,47%
    • GBP 2,1441 +0,33% RUB 0,0304 +0,66%

Azərbaycanlı oyunçu türk mətbuatının diqqətində - "Azəri Buffon"

  • İdman
  • 18 Noyabr 2014 18:15
  • 1 298 Baxış
Azərbaycanlı oyunçu türk mətbuatının diqqətində - "Azəri Buffon"

Emil Balayevin "Roma"nın maraq dairəsinə düşməsi Türkiyə mətbuatının da diqqətini çəkib.

Publika.az xəbər verir ki, bu barədə "Milliyyet" qəzeti məlumat yayıb. Belə ki, həmin qəzetdə "De Sanktisin yerinə Azəri Buffon!" başlıqlı xəbər yayımlanıb. Xəbərdə "Neftçi"nin qapıçısının "Roma"nın transfer siyahısına düşdüyü qeyd edilib.

Sözügedən xəbərdə belə yazılıb:

"20 yaşlı gənc qapıçı Balayev "Azərbaycanın Buffonu" ləqəbi ilə tanınır. Gənc qolkiperlə Avropanın öndə gedən klubları, xüsusən də "Roma" maraqlanır. "Roma"da bir müddət "Qalatasaray"da forma geyinən Morqan De Sanktisin karyerasını bitirməyə hazırlaşması bu transferə zəmin yaradıb. "Roma" rəsmiləri "İnter" matçı daxil da olmaqla Emil Balayevi izləməyə başlayıb. Klubla müqaviləsi dekabrda bitəcək gənc qapıçıya görə transfer haqqı ödənilməyəcəyindən, bir çox klublar onunla maraqlanmağa başlayıb".

Yazıda həmçinin bildirilir ki, Emil bir vaxtlar türk klublarının da maraq dairəsində olub.

Aygün

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR