Tarixin ən bahalı müqaviləsi reallaşdı – Rekord qırıldı
Bizi izləyin

İdman

Tarixin ən bahalı müqaviləsi reallaşdı – Rekord qırıldı

İdman tarixinin ən bahalı müqaviləsinə imza atılıb.

Publika.az xəbər verir ki, Amerikada "Mayami Marlins” beysbol klubunun formasını geyinən Stanton müqaviləsini 325 milyon dollar qarşılığında 13 il müddətinə uzadıb.

Bu müqavilə ilə Stanton indiyədək bu rekordun sahibi digər beysbolçu Miquel Kabreranı arxada qoymuş oldu. Kabreranın rekordu 292 milyon dollar olub.

Ən bahalı idman müqavilələrinin sıralamasında ilk 30 yerdən 28-i beysbolçulardan ibarətdir.

Qeyd edək ki, 2007-ci ildə “Ferrari” “Formula-1” komandası ilə 3 illik müqavilə bağlayan Kimi Raikkonen 153 milyon dollarla sıralamada 22-ci yerdə qərarlaşıb. "Real”ın ötən mövsümün əvvəlində 91 milyon dollar ödəyərək heyətinə qatdığı Qaret Beyl isə siyahıda 27-ci yeri tutub.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm