O da AFFA-dan təklif alıb
Bizi izləyin

İdman

O da AFFA-dan təklif alıb

Futbol üzrə Bosniya və Hersoqovina yığmasının sabiq baş məşqçisi Safet Suşiç Azərbaycandan təklif aldığını etiraf edib.

Publika.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında belə deyib:

"Mənə bəzi təkliflər gəlib. Onların arasında Türkiyənin "Qalatasaray" klubu və Azərbaycan yığması da var. Amma verəcəyim bu mühüm qərar üçün oturub düşünmək lazımdır. Gələcək karyeramı müəyyənləşdirmək üçün çox vaxt itirmək istəmirəm".

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm