Pelenin oğlu narkomafiya ilə əlbir oldu: 33 il həbs – FOTOLAR
Bizi izləyin

İdman

Pelenin oğlu narkomafiya ilə əlbir oldu: 33 il həbs – FOTOLAR

Futbolun yaşayan əfsanəsi Pelenin oğlu Edson Nasimentu (Edinyo) həbs olunub.

Publika.az-ın məlumatına görə, veteran futbolçunun oğlunun həbs olunmasına səbəb onun çirkli pulların yuyulmasında iştirak etməsidir.

Belə ki, Edson Nasimentu narkomafiyanın pullarının yuyulması işi ilə bağlı saxlanılıb.

Qeyd edək ki, yayda Pelenin oğlu 33 ilədək azadlıqdan məhrum edilmişdi. Lakin həmin vaxt o, apellyasiya verərək, işə baxıldığı müddətdə azadlıqda qalmışdı. Ötən gün isə məhkəmə həmin qərarı ləğv edərək, Edinyonu həbs edib. Vəkilləri onun dərhal azad olunmasını tələb edəcəklərini açıqlayıblar.

Pele isə şəxsi mətbuat katibi vasitəsi ilə bildirib ki, oğlunun həbsi ilə bağlı heç bir açıqlama verməyəcək.

Xatırladaq ki, Edinyo ilk dəfə 2005-ci ildə həbs olunub. O, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə əlaqədar cəza alıb. Məhkum çoxdan narkotik maddə qəbul etdiyini, amma onun ticarəti ilə məşğul olmadığını açıqlamışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm