Məşhur idmançılarımız da bu xəstəliyə tutuldu – FOTOLAR
Bizi izləyin

İdman

Məşhur idmançılarımız da bu xəstəliyə tutuldu – FOTOLAR

“Selfie” (şəxsin öz şəklini çəkməsi) son zamanların dəb və adət halına gəlib.

Bir neçə ildir ki, bütün məşhurlar bu şəkil çəkmək üsulundan istifadə edir. ABŞ-ın belə prezidenti özünün bu cür şəkillərini çəkib.

Hərçənd bəzi psixoloqların fikrincə, “selfie” psixoloji bir xəstəlikdir. Məlumat üçün bildirək ki, amerikalı psixoloqların "selfie" şəkillərini paylaşanlarla bağlı rəyi açıqlanıb.

Bu dəbin bütün dünyada geniş yayılması psixoloqları da bu barədə düşünməyə vadar edib. Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlayıb.

Dərnək Çikaqoda keçirilən illik idarə heyətinin konfransında bu psixi pozğunluğu "selfitis" olaraq adlandırıb. Psixoloqlar şəkilini çəkib sosial şəbəkədə paylaşmağın obsessiv kompulsiv bir meyil olduğunu və bunu şəxsin özünə inamsızlığını aradan qaldırmağın bir yolu kimi göstərib.

Amma maraqlıdır ki, bu şəkil çəkmək üsulu ölkəmizdə də trendə çevrilib. Müğənnilərdən, digər ictimai şəxslərdən tutmuş siravi adamlara qədər hər kəs “özçəkim” (Türkiyədə “selfie”yə verilən ad) edir.

Ancaq bizim diqqətimizi çəkən məşhur idmançıların bu üsuldan çox istifadə etməsidir. Deyəsən, bizim idmançılarımız da bu “xəstəliyə” tutulublar.

Beynəlxalq yarışlarda yetəri dərəcədə nailiyyətlər əldə etmiş idmançılarımız “selfie” edərək sosial şəbəkələrdə öz şəkillərini paylaşırlar.

Selfie”dən istifadə edən idmançılarımızla bağlı maraqlı bir araşdırma apardıq. Publika.az üsulla şəklini çəkən idmançılarımızı diqqətinizə çatdırır:

2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya oyunlarının qalibi, cüdo federasiyasının vitse-przidenti Elnur Məmmədlinin şəkil çəkdirmək həvəskarı olduğu hamıya məlumdur. Bunu onun sosial şəbəkələrdəki izləyiciləri də yaxşı bilir. Amma “Selfie” keçmiş cüdoçu üçün də bir dəb halına gəlib.

Yunan-roma güləşi üzrə 66 kq çəki dərəcəsində 2004-cü il Yay Olimpiya oyunlarının qızıl medalçısı Fərid Mansurov sosial şəbəkələrdə çox olmasa da, onun da “selfie” şəkilini əldə edə bildik.

Kikboksinq üzrə 20 qat dünya çempionu Eduard Məmmədov şəkil çəkdirməyi sevir. Amma onun sosial şəbəkələrdə olan şəkillərinə baxdığımız zaman da “sefie”lərin az olmadığını gördük.

Dünya və Avropa çempionu Həsən Əliyev və London Yay Olimpiadasının bürünc mükafatçısı Emin Əhmədov birlikdə “özçəkim” edərək sosial şəbəkədə şəkil paylaşıblar.

Karate üzrə 3 qat dünya və 5 qat Avropa çempionu Niyazi Əliyev də “selfie” həvəskarıdır.

Karate üzrə 4 qat dünya, 10 qat Avropa çempionu Rafael Ağayev də ən böyük şəkil həvəskarlarındandır. Onunda sosial şəbəkələrdə müxtəlif cür “selfie” fotoları var.

Yunan-roma güləşi üzrə dünya və Avropa çempionu Rövşən Bayramov “İnstagram” və “Facebook” istifadəçisidir. O da sosial şəbəkələrdə Fərid Mansurov kimi az-az olur. Ancaq onun paylaşdığı şəkillərə baxdığımız zaman bu idmançımızın da “selfie” sevənlərdən olduğunu görürükr.

“K-1” döyüş növündə dünya səviyyəsində əfsanə adı almış Zabit Səmədov da sosial şəbəkələrdə (“Instagram”, “twitter”, “Facebook”) şəkil paylaşmağı çox sevir. Onun da xarici ölkələrdə dostları ilə çəkilmiş “selfie” fotoları çoxdur.

2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal güləşçi Toğrul Əsgərov “Instagram” və “Facebook”da hər dəfə olmasa da, bəzən aktiv olur. Onun paylaşdığı şəkillər arasında “selfie” üsulu ilə çəkilmişlər də var.

Karate üzrə dünya çempionu Şahin Atamovun ən çox istifadə etdiyi sosial şəbəkə “Facebook”dur. O da dostları ilə birlikdə “selfie” çəkdirməyi sevənlərdəndir.

Keçmiş döyüşçü, hazırda Azərbaycan MMA, Pankration və Qrepplinq Federasiyasının prezidenti Azad Əsgərov da “selfie” şəkillər paylaşır. (Qeyd edək ki, onun ən uğurlu döyüşlərdən biri erməni idmançı ilə olub. A.Əsgərov bu döyüşdən öncə belə bir fikir səsləndirmişdi: “Uduzsam, ölkəyə necə qayıdacağam?!”)

Azərbaycanın gənc futbolçularından Coşqun Diniyev də “selfie” həvəskarıdır. Veteran futbolçu, təcrübəli məşqçi Şahin Diniyevin oğlu hazırda “İnter”də forma geyinir, mütəxəssislər onun daha yaxşı futbolçu olacağına inanırlar.

Cüdo üzrə Avropa və dünya çempionu Nicat Şıxəlizadə də sosial şəbəkədə aktiv istifadəçilərdəndir. Onun paylaşdıqları arasında dostları ilə birlikdə çəkilmiş “selfie” fotolar da az deyil.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm