• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gicgahından güllə yarası alan uşaq sağ qaldı – FOTOLAR

  • İdman
  • 19 Noyabr 2014 16:40
  • 1 479 Baxış
Gicgahından güllə yarası alan uşaq sağ qaldı – FOTOLAR

İngiltərədə baş tutan futbol matçında qəribə hadisə yaşanıb.

Publika.az-ın “BBC”-yə istinadən verdiyi məlumata görə, oyuna girməyə hazırlaşan yeniyetmə futbolçu başından güllə ilə vurulub.

U-12 komandaları arasında keçirilən qarşılaşma zamanı meydanın kənarında oyuna girməyə hazırlaşan 11 yaşlı futbolçu Konnor Minto başından vurulub. Futbolçu hadisə baş verən an başına daş dəydiyini düşünüb. Dostlarının başında güllə olması barədə xəbərdarlığından sonra o, qan içində ailəsinə tərəf qaçıb.

Güllə uşağın gicgah nahiyəsindən dəyib.

Əməliyyatla güllə çıxarılıb. Həkimlər bildirib ki, Konnor həyati təhlükəni geridə qoyub. Tüfənglə atılan güllə bir az da aşağı dəysə, yeniyetmə kor ola bilərdi.

Araşdırmalar nəticəsində hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Onlar 14 yaşlarında uşaqlardır.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR