Dişlədiyi rəqibi ilə barışacaq
Bizi izləyin

İdman

Dişlədiyi rəqibi ilə barışacaq

"Barselona"nın yeni üzvü uruqvaylı futbolçu Luis Suares və "Yuventus"un müdafiəçisi Corco Kyellini barışıq məqsədilə görüş keçirmək istəyirlər.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Futbolçuların agentləri gözlənilən görüş və və onun tarixi barədə danışıqlara başlayıblar.

Oyunçular arasında KİV nümayəndələrinin iştirakı ilə forma mübadiləsinin mümkünlüyü də bildirilir. Ola bilsin ki, bu görüşə gənc futbolçulara nümunə məqsədilə FIFA da dəstək versin.

Məlumat üçün bildirək ki, Suares DÇ-2014-ün qrup mərhələsində keçirilən Uruqvay - İtaliya matçında (1:0) Kyellininin çiynini dişlədiyi üçün FIFA tərəfindən 4 ay müddətinə futboldan kənarlaşdırılmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm