Polislər azarkeşləri əzişdirdi – FOTOLAR
Bizi izləyin

İdman

Polislər azarkeşləri əzişdirdi – FOTOLAR

2015-ci ildə baş tutacaq Afrika Millətlər Kubokunun seçmə mərhələsində qəribə olay olub.

Publika.az xəbər verir ki, 0:0 hesabı ilə yekunlaşan Fil Dişi Sahili - Kamerun matçından sonra yerli azarkeşlər meydana doğru qaçıblar.

Fanatlar sevinclərini futbolçularla bölüşmək, onlarla şəkil çəkdirib qucaqlamaq istəyərkən futbol meydançası döyüş səhnəsinə çevrilib. Polislər bu qarışıqlığı dağıtmaq üçün azarkeşlərə hücum edib və onlara qarşı çox sərt davranıblar.

Oyunçular isə zərbə almamaq üçün tez soyunub-geyinmə otağına qaçıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm