• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

İlk dəfə Avropa çempionatı keçiriləcək

  • İdman
  • 20 Noyabr 2014 16:07
  • 283 Baxış
İlk dəfə  Avropa çempionatı keçiriləcək

Ötən həftə Moskvada keçirilən Avropa Millətlər Kuboku yarışı zamanı Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Publika.az-ın Güləş federasiyasından aldığı məlumata görə, iclasda müzakirə edilən cari məsələlərlə yanaşı, bir sıra yeni qərarlar da qəbul edilib.

Dünya Güləş Birliyi gələn ildən etibarən Avropa Güləş Assosiasiyası - CELA-nın U-23 qitə çempionatının keçirməsinə razılıq verib və onu 2015-ci ilin təqvim planına daxil edib. Beləliklə, 2015-ci ilin 24-29 mart tarixlərində Polşanın paytaxtı Varşavada ilk dəfə olaraq güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.
Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç bildirib ki, Avropa qitəsində mövcud olan rəqabət imkanı gənc yaş kateqoriyasına aid olmayan güləşçilərə kömək etməyimizi tələb edir. Bu çempionat gənc güləşçilərə böyük yaş kateqoriyasında iştiraka daha yaxşı hazırlaşmalarına imkan verəcək.

DGB İcraiyyə Komitəsinin iclasında qəbul edilmiş digər qərara əsasən, gələcək Dünya Kuboku yarışlarında əvvəlki kimi 10 deyil, 8 komandanın iştirakı razılaşdırılıb. Bu, 2013-cü ildə çəki dərəcələrində edilmiş dəyişikliklərin nəticəsindən irəli gəlib və Dünya Kuboku yarışlarının əhəmiyyətini qoruyub saxlamağa xidmət edəcək.

Gələn il keçiriləcək Dünya Kuboku yarışlarının püşkatma mərasimi 14 yanvar 2015-ci ildə İsveçrənin Lozanna şəhərində Beynəlxalq Olimpiya Komitəsinin muzeyində baş tutacaq. Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş dünya çempionatında hər bir güləş növü üzrə ilk 8 yeri tutmuş komandalar Dünya Kuboku uğrunda mübarizə aparacaq.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR