Müqavilədəki sürpriz bənd
Bizi izləyin

İdman

Müqavilədəki sürpriz bənd

"İnter"ə yeni baş məşqçi keçən Roberto Mançini mövsümün sonunda komandanı tərk edə bilər.

Keçən həftənin cümə günü Valter Matsarrini əvəzləmiş 49 yaşlı mütəxəssisi müqavilədəki bir bənd narahat edib.

Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb.

Belə ki, italyan məşqçinin müqaviləsindəki sürpriz bir bəndə görə, o, iyun ayında "İnter"dən ayrıla bilər. Mançini klubun transfer siyasətindən narazı qalarsa və yaxud da ona daha uyğun bir təklif gələcəyi təqdirdə bu addıma əl atmalı olacaq.

Daha öncə Mançininin ilk ilində 2,7 milyon avro məvacib alacağı açıqlanmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm