İngilislər futbol üzrə 2018-ci il dünya çempionatını boykot edir
Bizi izləyin

İdman

İngilislər futbol üzrə 2018-ci il dünya çempionatını boykot edir

Britaniyanın The Telegraph qəzeti ingilis azarkeşləri arasında yığma komanda tərəfindən futbol üzrə 2018-ci il dünya çempionatının boykot edilməsi ilə bağlı sorğu keçirib.

Publika.az-ın məlumatına görə, sorğuda iştirak edən respondentlərin 93 faizi milli komandanın turnirdə iştirakdan imtina etməsini vacib sayır.

Sorğunun keçirilməsinə FİFA-nin 2018 və 2022-ci illərdə keçiriləcək mundiala ev sahibliyi edəcək ölkələrin seçim prosesində heç bir qanun pozuntusu aşkarlanmadığı barədə yaydığı informasiya səbəb olub. FİFA, həmçinin İngiltərə Futbol Assosiasiyasının seçicinin dəstəyinə nail olmağa çalışmaqla düzgün hərəkət etmədiyini də vurğulayıb.

Qeyd edək ki, 2018 və 2022-ci illərdə futbol üzrə dünya çempionatları müvafiq olaraq Rusiya və Qətərdə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm