Olimpiya çempionu oldu, huşunu itirdi
Bizi izləyin

İdman

Olimpiya çempionu oldu, huşunu itirdi

Olimpiya çempionu oldu, huşunu itirdi

Soçi Olimpiya oyunlarında tramplindən tullanma üzrə yarışan polyak əsilli idmançı yarışa xəstə halda qatılıb. Kamil Stox səhər yuxudan yüksək hərarət və baş ağrıları ilə oyanıb.

İdmançı əvvəlcə yarışdan imtina etməyi düşünüb, lakin sonradan fikrini dəyişib. Yerinə yetirilən mükəmməl tullanışdan sonra o uzun müddət qızıl medal qazındığına inanmayıb.

Medallar təqdim olunduqdan sonra o, mətbuat otağına keçmək üçün pilləkanla qalxarkən qəflətən huşunu itirərək yerə yıxılıb.

İdmançı özü uğurunu belə şərh edib:

“Düşündüm ki, bu yarışdan çəkilib bütün diqqətimi böyük trampilindən tullanma yarışına yönəldim. Ancaq həkimlər məni normaya sala bildilər. Nəticədə yarışa qatılıb lazım olanı tullanışı etdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm