Biabırçılıqdan sonra 11 nəfər qovuldu
Bizi izləyin

İdman

Biabırçılıqdan sonra 11 nəfər qovuldu

İsveçrənin 3-cü liqasında çıxış edən "Qrenxen" 11 futbolçusunu komandadan qovub.

Publika.az xəbər verir ki, öz meydanında "Lütsern" klubunun gənclərdən ibarət komandasına 0:10 hesabı ilə məğlub olan "Qrenxen"li oyunçular rəhbərliyi özündən çıxarıb.

Növbəti gün klubun bazasına gələn 11 futbolçuya rəhbərlik qapını göstərib. Klubun idman direktoru Renato Brun bu hadisədə rəhbərliyə haqq qazandırıb:

"Bu cür məğlubiyyətdən sonra bir tədbir görməli idik. Onlara qarşı çox qəddar rəftar etdiyimizi bilirəm, ancaq onları klubda saxlaya bilməzdik. O futbolçuların səviyyəsi oynadığımız liqa ilə heç cür uyğun gəlmirdi".

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm