• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ulduz futbolçunun beynində şiş tapıldı

  • İdman
  • 21 Noyabr 2014 13:51
  • 450 Baxış
Ulduz futbolçunun beynində şiş tapıldı

“Roma” klubunun oyunçusu Leandro Kastanda ciddi xəstəlik aşkarlanıb.

Həkimlərin bildirdiyinə görə, o, bir neçə ay müalicə almalıdır.

Publika.az xəbər verir ki, Kastanın beynində şiş aşkar olunub. Dekabrın ilk günlərində futbolçu əməliyyat olunacaq.

Sevindirici xəbər isə futbolçunun keçirəcəyi əməliyyatın riskli olmamasıdır.

Əməliyyat onun futbol oynama imkanlarını məhdudlaşdırmayacaq və Kastan bir müddət sonra meydana qayıda biləcək.

Qeyd edək ki, 28 yaşlı Kastan artıq "Roma"nın heyətində cari mövsümdə bir dəfə meydanda olub.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR