Prezident agentə 1 milyon vəd etdi
Bizi izləyin

İdman

Prezident agentə 1 milyon vəd etdi

Prezident agentə 1 milyon vəd etdi

Formula1-in sahibi Berni Eklstoun 2015-ci ildən etibarən komandaların büdcələrinin 200 milyon dolları aşmayacağını bildirib.

Publika.Az xəbər verir ki, o, limitin aşılması haqda fakt aşkarlayıb xəbər verən əməkdaşa 1 milyon mükafat veriləcəyini də söyləyib:

“Biz büdcələrin limitini təsdiqləmişik. Bu hamı üçün tətbiq ediləcək. Hər kəs limitin 200 milyon dollar həddində olduğuna razılıq verib. Ancaq hələ ki, bu məbləğə nələrin daxil olduğu müəyyən edilməyib.

Büdcə limitinin aşılmamasına nəzarət etmək üçün bu haqda xəbər verən komanda üzvünə 1 milyon dollar məbləğində mükafat qoyulacaq. Lakin saxtakarlıq haqda xəbər verən əməkdaş həm də faktı sübut etməlidir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm