Olimpiya çempionunun sevgilisi trans çıxdı
Bizi izləyin

İdman

Olimpiya çempionunun sevgilisi trans çıxdı

Üzgüçülük üzrə 18 qat olimpiya çempionu Maykl Felpsin sevgilisi Liann Çandler cinsiyyəti haqda hər kəsi şoka salan açıqlama verib. O, açıqlamasını “Facebook” vasitəsi ilə edib.

Publika.az xəbər verir ki, o, dünyaya kişi bədəni ilə gəldiyini və 20 yaşında cinsiyyətini əməliyyat vasitəsilə dəyişdiyini yazıb.

Çandler bunu etiraf etdikdən sonra Felpsin ondan ayrılacağından qorxduğunu deyib.

İkili cinsiyyətli olaraq anadan olduğunu bildirən 41 yaşlı Çandler rəsmən kişi olsa da, özünü həmişə qadın kimi hiss etdiyini söyləyib: “Kişi kimi doğuldum, ancaq heç vaxt kişi olaraq yaşamadım”.

Bir müddətdir reabilitasiya mərkəzində olan 29 yaşlı olimpiya çempionu Maykl sevgilisi Şandlerin bu etirafına heç bir münasibət bildirməyib.

Məlumat üçün bildirək ki, Felps ümumiyyətlə Liann Çandlerlə sevgili olduqlarını qəbul etməyib. Ancaq Çandler istər sosial şəbəkələrdə, istərsə də mətbuatda sevgili olduqlarını deyib və birgə şəkillərini də paylaşıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm