Mançinidən Puyola maraqllı təklif
Bizi izləyin

İdman

Mançinidən Puyola maraqllı təklif

"İnter" klubunun yeni baş məşqçisi Roberto Mançini "Barselona"nın keçmiş ulduzu Karles Puyoldan onun köməkçisi olmasını istəyib.

49 yaşlı mütəxəssis Puyol zəng edərək onunla birlikdə işləmək təklifini irəli sürüb.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

36 yaşlı keçmiş müdafiəçi isə bildirib ki, onunla çalışmağa şad olardı, ancaq məşqçilik lisenziyası olmadığından, bu, mümkün deyil. Bu səbəbdən, o, italiyalının təklifini geri çevirməyə məcbur olub.

Qeyd edək ki, Puyol karyerasını bitirməsinə baxmayaraq, onun müqavilə öhdəlikləri ilə hələ də "Barselona"ya aiddir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm