İdman
Prezident İlham Əliyev və xanımı ziyafətdə - FOTO
Noyabrın 21-də Heydər Əliyev Mərkəzində “Bakı-2015”
birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən Bakıda
keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının
iştirakçılarının şərəfinə ziyafət verilib.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva
Heydər Əliyev Mərkəzinə gəldilər. Dövlətimizin başçısı və xanımı
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa
Olimpiya Komitəsinin prezidenti Patrik Hikki ilə
görüşdülər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Məlumat
verildi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin adını
daşıyan bu Mərkəz dünya memarlığının nadir incilərindəndir.
Fəaliyyətə başladığı vaxtdan Heydər Əliyev Mərkəzi Bakıda keçirilən
çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Qonaqlara
Mərkəzdəki Heydər Əliyev Muzeyinin fəaliyyəti barədə də məlumat
verildi. Bildirildi ki, bu muzey 2013-cü ildə fəaliyyətə başlayıb.
Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarının əks
olunduğu muzeydə ona aid fotoşəkillər, sənədlər və əşyalarla
yanaşı, vaxtilə istifadəsində olan avtomobillər də saxlanır. O da
qeyd olundu ki, Heydər Əliyev Mərkəzi Azərbaycan tarixini,
adət-ənənələrini öyrənmək və təbliğ etmək istiqamətində bir sıra
layihələr həyata keçirir. Bu baxımdan Mərkəzdə təşkil olunan sərgi
zallarında Azərbaycan tarixini və mədəniyyətini əks etdirən
ekspozisiyalar təqdim olunur, bu da ölkəmizin tükənməz təbii
sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir məlumatlar
verir.
Qonaqlar “Mini Azərbaycan” sərgi zalında da oldular. Bildirildi ki,
bu layihə paytaxt Bakı və regionlardakı tarixi memarlıq
abidələrinin tanıdılması baxımından xüsusi önəm kəsb edir. Hazırda
sərgidə onlarla tarixi binanın və memarlıq nümunəsinin maketi
təqdim edilir. Ziyarətçilərə hər bir bina, onun memarlıq üslubu
haqqında məlumatlar, maraqlı faktlar çatdırılır.
Daha sonra “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi
tərəfindən Avropa Olimpiya Komitəsinin Bakıda keçirilən 43-cü Baş
Assambleyasının iştirakçılarının şərəfinə verilən ziyafət mərasimi
başladı.
Əvvəlcə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı
videotəqdimat oldu.
Avropa Olimpiya Komitəsinin nümayəndəsi Con Tibbs Prezident İlham
Əliyevə və xanımı Mehriban Əliyevaya Avropa Olimpiya Komitəsinin
43-cü Baş Assambleyasının yüksək səviyyədə təşkil olunmasına görə
bir daha minnətdarlığını bildirdi. Qeyd etdi ki, bugünkü mərasimin
əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Avropanın ən
yaxşı atletlərinə “Pyotr Nurovski” mükafatının təqdim olunmasıdır.
Con Tibbs vurğuladı ki, Avropa Olimpiya Komitəsi İcraiyyə
Komitəsinin keçmiş üzvü, Polşa Olimpiya Komitəsinin prezidenti
vəzifəsində çalışmış mərhum Pyotr Nurovskinin xatirəsinin
əbədiləşdirilməsi üçün təsis olunan bu mükafat idmançıların
qazandığı uğurların yüksək səviyyədə tanınmasına xidmət edir,
atletlərə daha güclü rəqabət aparmaq üçün stimul verir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də çıxışında
idmançılara uğurlar arzuladı. Bildirdi ki, bu mükafat idmançıları
daha yüksək nailiyyətlər qazanmağa həvəsləndirir. Bununla belə,
gənc nəsli Olimpiya dəyərləri və prinsipləri əsasında daha sağlam
həyat tərzi keçirməyə dəvət edir.
Sonra Avropa Olimpiya Komitəsinin “Pyotr Nurovski” mükafatının
verilməsi mərasimi başladı. İtaliyadan olan üzgüçü Simone Sabioni 5
idmançı arasından Avropanın ən yaxşı atleti seçilərək “Pyotr
Nurovski” mükafatının qalibi elan olundu. Qalan idmançılara da
Avropa Olimpiya Komitəsinin mükafatları təqdim edildi. Müxtəlif
ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri qalib
idmançıları təbrik edərək onlara yeni müvəffəqiyyətlər
arzuladılar.
Xatirə şəkli çəkdirildikdən sonra tədbir ziyafət mərasimi və
konsert proqramı ilə davam etdirildi.
-
MDB23:12
Rusiya müdafiə nazirinin müavini SAXLANILDI
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı