• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Zaur Ramazanov döyülən qardaşından danışdı

  • İdman
  • 10 Fevral 2014 15:56
  • 664 Baxış
Zaur Ramazanov döyülən qardaşından danışdı

"Xəzər Lənkəran"ın sabiq futbolçusu Zaur Ramazanov Xəzər Lənkəran” - “Neftçi” görüşündə yaşanan qalmaqalla bağlı fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, “Xəzər Lənkəran”ın keçmiş futbolçusu azerisport.az açıqlamasında qarşılaşmada qırmızı vərəqə alan qardaşı Ağabala Ramazanovun döyülməsindən də danışıb. "İlk qolu “Xəzər Lənkəran” heç nədən buraxdı. Komanda ikinci hissənin son dəqiqələrində özünə gəldi. Son 10-15 dəqiqəni yaxşı oynadı və layiqli olaraq iki qol vurdu. Cənublular ilk dəqiqələrdən belə oynasaydı, oyun başqa tərzdə başa çatardı. “Xəzər Lənkəran”ın müdafiədə çoxlu sayda səhvə yol verməsi, komandanı narahat etməlidir. “Xəzər Lənkəran”ın son dəqiqələrdə iki qol vurması yaxşı haldır. Bu oyunun nəticəsindən daha çox digər klublar qazandı.

İlk altılıqda olan komandalarla liderlər arasında xal fərqi azaldı. Oyunda göstərilən qırmızı vərəqələrə gəldikdə, Ağabalanın cəzalandırılması anlaşılmazlıq kimi oldu. Matçdan sonra qardaşımla danışdım. Özü də dedi ki, “Neftçi”nin 16 nömrəsi Bertuççi əli ilə onu yumruqla vurub.

Ardınca “Neftçi”nin başqa futbolçusu Rahid Əmirquliyevi vurub. Ağabalanın dediyinə görə, bu epizodları hakim Rəhim Həsənov görüb və dərhal onlara qırmızı vərəqə göstərib. Ağabalanın qırmızı vərəqəsinin ləğv olunacağına inanıram".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR