• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Hafkanın puç olan ümidləri

  • İdman
  • 23 Noyabr 2014 23:15
  • 650 Baxış
Hafkanın puç olan ümidləri

“Baglan Qrup” şirkətlər qrupunun prezidenti, Hafka kimi tanınan milyarder Hafiz Məmmədova məxsus Fransanın “Lans” və Topaz premyer liqasında çıxış edən “Bakı” klubu autsayder vəziyyətinə düşüb.

Axar.az xəbər verir ki, dünən Fransa çempionatında baş tutan “Lorient” – “Lans” qarşılaşması birincinin minimal qələbəsi ilə başa çatıb. Bu qarşılaşmadan sonra “Lorient” autsayderlər cərgəsindən çıxaraq 13 xalla 17-ci pilləyə yüksəlib və yerini 14 oyundan cəmi 13 xal toplayan “Lans”a verib.

Bununla da 20 komanda arasında ən sonuncu yerdə qərarlaşan “Lans”ın vəziyyəti bir qədər də qəlizləşib.

Ölkə çempionatında yer alan “Bakı”nın vəziyyəti heç də “Lans”dan geri qalmır. Son oyunda doğma meydanda “Qarabağ” qarşısında 2:4 hesabı ilə diz çökən klub 9 komanda arasında ən sonuncu pillədə qərarlaşıb. Sabah “Sumqayıt”ın qonağı olan bu komandanın vəziyyəti öz xeyrinə dəyişməsi möcüzə sayıla bilər.

Göründüyü kimi, sözügedən hər iki klubda yaşanan ciddi maliyyə böhranı komandaların oyununa əməlli-başlı təsir edib. Bir neçə gün öncə “Lans” klubunun prezidenti və klubun səhmlərinin üçdə birinin sahibi Jerve Martel Bakıdan dönəndən sonra “L'Equipe”ə müsahibəsində azərbaycanlı ortağı, biznesi müflis olan Hafiz Məmmədov haqda danışmışdı. O, müsahibəsində Hafkanın verməli olduğu 14 milyon avronu tezliklə ödəyəcəyini demişdi.

Görünür, qış transfer pəncərəsində oyunçular alacağını deyən klub prezidentinin ümidləri artıq puç olmaq üzrədir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR