Əfsanəvi məşqçi öldü
Bizi izləyin

İdman

Əfsanəvi məşqçi öldü

Üçqat Olimpiya çempionu, ÇSKA xokkey komandası və SSRİ xokkey yığmasının keçmiş məşqçisi Viktor Tixonov uzunmüddətli xəstəlikdən sonra 85 yaşında Moskvada vəfat edib.

Keçmiş məşqçi oktyabr ayında evdə müalicə kursu keçib, nəticədə o, xəstəxanaya yerləşdirilib və elə oradaca da vəfat edib.

ÇSKA Moskva xokkey klubunun direktoru İqor Esmantoviç deyib: “ÇSKA xokkey klubu onun ölümündən dolayı başsağlığı verir və dəfnlə bağlı bütün təşkilati işləri öz öhdəliyinə götürür. Mərhumla vida yeri və harada basdırılacağı məlum deyil”.

Viktor Tixonov ÇSKA klubuna 1977-ci ildə gəlib və elə həmin ildə də SSRİ xokkey yığmasına başçılıq edib. O, qəddar məşqçi maneraları ilə məşhur olub. Tixonovun rəhbərliyi altında 10 il yarım müddətində klub 14 dəfə ölkə çempionu olub. Bundan əlavə, klub 14 dəfə Avropa çempionu kuboku, 2 dəfə SSRİ kubokunu qazanıb. Onun rəhbərliyi dövründə ÇSKA komandasının bir çox oyunçuları ulduza çevrilmişdi.

Tixonovun rəhbərliyi altında SSRİ yığması dünya üzrə 8 dəfə çempion, 1978-1991-ci illərdə bütün Avropa çempionatları, Kanada kuboku və Çağırış kubokunun qalibi olub. 1980-cı ildə keçirilən Olimpiya oyunlarında Tixonov SSRİ yığmasının baş məşqçisi idi. Lakin yığma gözlənilmədən finalda ABŞ yığmasına məğlub oldu.

1994-cü ildə komanda ilk dəfə olaraq Olimpiya mükafatına sahib ola bilmədi. Bundan sonra Tixonov yığmanın baş məşqçi postunu tərk etdi, lakin ÇSKA öz fəaliyyətini davam etdirdi.

2003-cü ilin yayında isə Tixonov Rusiya yığmasına rəhbərlik edirdi. 2004-cü ildə keçirilən dünya çempionatında məğlubiyyətdən sonra, o, baş məşqçi postunu tərk etdi.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm