Ulduz futbolçu üçün 2014-cü il bitdi
Bizi izləyin

İdman

Ulduz futbolçu üçün 2014-cü il bitdi

Almaniya Bundesliqasının son turunda səfər matçında "Paderborn" klubu "Borussiya" (2:2) ilə sülh bağlayıb.

Bu oyunda Dortmund təmsilçisi ciddi itki ilə üzləşib.

Publika.az xəbər verir ki, “Borussiya”nın ulduzu Marko Roys yenə zədələnib.

Baş məşqçi oyunun 67-ci dəqiqəsində onu əvəz etmək məcburiyyətində qalıb.

Təcrübəli oyunçu yanvarın əvvəlində məşqlərə başlayacaq.

Bu barədə klub tərəfindən rəsmi “twitter” səhifəsində məlumat yayılıb.

Roys zədə səbəbindən builki dünya çempionatında iştirak edə bilməmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm