Səudiyyə şahzadəsi klub alır
Bizi izləyin

İdman

Səudiyyə şahzadəsi klub alır

Səudiyyə şahzadəsi Əl Vəlid “Marsel” klubunun yeni sahibi ola bilər.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” qəzeti məlumat yayıb.

Səudiyyənin kral ailəsinin üzvü Əl Vəlid İbn Təlal Əbdül Əziz Əl Səud Fransa çempionatının liderini almağa əsas namizədlərdəndir.

Qəzetdə müqavilənin qiyməti də açıqlanıb. Məlumata görə, sazişin 100-150 milyon avro dəyərində olması gözlənilir.

Məlumat üçün bildirək ki, “Forbes”ə görə, Əl Vəlidin əmlakı 26 milyard dəyərindədir. O, dünyanın ən varlı adamları siyahısında 35-ci pillədə qərarlaşıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm