Azərbaycan futbolunun vəziyyəti müzakirə olunub
Bizi izləyin

İdman

Azərbaycan futbolunun vəziyyəti müzakirə olunub

Noyabrın 24-də AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib.


AFFA-dan Publika.az-a verilən məlumata görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər.



Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb.



Qeyd olunub ki, belə müzakirələr mütəmadi qaydada aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm