Buzadırmanma üzrə respublika çempionatı başa çatıb
Bizi izləyin

İdman

Buzadırmanma üzrə respublika çempionatı başa çatıb

Çempionatda, ümumilikdə 100-dən artıq idmançı iştirak edib

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) Gənclər və İdman Nazirliyi ilə birgə Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirdiyi Buzadırmanma üzrə Respublika Çempionatı uğurla başa çatıb.

Çempionatda, ümumilikdə 100-dən artıq idmançı iştirak edib. Publika.Az-ın verdiyi xəbərə görə, bu idman növünə gənclərin böyük marağını nəzərə alaraq Çempionat iki hissədə keçirilib.

Belə ki Çempionatın I hissəsi 01-02 fevral tarixlərində baş tutub. Bu hissədə oğlanlar və qızlar arasında təşkil olunmuş sürət və çətinlik mərhələləri üzrə təsnifat-seçim yarışlarını müvəffəqiyyətlə keçən idmançılar növbəti yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, 08-09 fevral 2014-cü il tarixlərində isə Çempionatın II hissəsi- təsniftat-seçim, yarımfinal-final mərhələləri keçirilib.

Şaxtalı hava şəraitinə baxmayaraq yüksək səviyyədə təşkil olunan Çempionatda idmançılar qarşılarına qoyduqları məqsədə müvəffəq olmaq üçün qətiyyət, məharət və ustalıq nümayiş etdiriblər.

Çempionatın nəticələrini təqdim edirik: Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında çətinlik üzrə final mərhələsinin nəticələri:

1. Rəhimxanov Ramel (FAİREX “Salavat”) 2. Rəhimxanov Ramay (FAİREX “Salavat”) 3. İbadov Babək (FAİREX “Ekosport”)

Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında çətinlik üzrə final mərhələsinin nəticələri: 1. Əliyeva Leyla (FHN “Ekstremal”) 2. Pirəliyeva Gülnar (FAİREX “Zirvə”) 3. Hüseynova Könül (FAİREX “Kiyanit”)

Buzadırmanma üzrə Respublika Çempionatında kişilər arasında sürət üzrə final mərhələsinin nəticələri: 1. Şıxrəhimov Qalib (FAİREX “Zirvə”) 2. Rəhimxanov Ramel (FAİREX “Salavat”) 3. Rəhimxanov Ramay (FAİREX “Salavat”)

Buzadırmanma üzrə Respublika Çempionatında qadınlar arasında sürət üzrə final mərhələsinin nəticələri: 1. Əliyeva Leyla (FHN “Ekstremal”) 2. Pirəliyeva Gülnar (“Zirvə”) 3. Məmmədova Reyhan (“Ekosport”)

Buzadırmanma üzrə Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə Fövqəladə Hallar Nazirliyinin “Ekstremal” idman komandası I, FAİREX-in “Salavat” komandası II, FAİREX-in “Zirvə” komandası isə III yerə çıxıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm