Kurban Berdıyev “baş məşqçinin qonağı” vəzifəsində
Bizi izləyin

İdman

Kurban Berdıyev “baş məşqçinin qonağı” vəzifəsində

Kurban Berdıyev “baş məşqçinin qonağı” vəzifəsində

“Rubin”in keçmiş baş məşqçisi Kurban Berdıyevə “Anji”də vəzifə verilə bilər.

Publika.az xəbər verir ki, Berdıyev Marbelyuda təlim-məşq toplanışı keçirən “Anji”nin düşərgəsinə gəlib.

Rusiya mətbuatında yayılan məlumatlarda bildirilir ki, Berdıyevin “Anji”də rısmi vəzifəsi olmaya da bilər. O, komandanı böhrandan çıxartmaq üçün Haçıyevə kömək edə bilər.

Bu versiyanın həqiqət yükünü artıracaq amil də var. Hacıyev 2009-cu ildə “Rubin”də çalışıb. Həmin vaxt “Saturn”dan ayrılan Hacıyev İspaniyada təlim-məşq toplanışında olan “Rubin”in düşərgəsinə qoşulmuşdu.

İndi isə eyni jesti Hacıyev Berdıyevə qarşı sərgiləmək istəyir. Rusiya mətbuatı Berdıyevin “Anji”dəki statusunu belə xarakterizə edir: “Baş məşqçinin qonağı”.

Qeyd edək ki, “Anji” 19 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm