50 nəfər komitənin qərarını polislərin gözü önündə pozdu - VİDEO
Bizi izləyin

İdman

50 nəfər komitənin qərarını polislərin gözü önündə pozdu - VİDEO

Azərbaycan Premyer Liqasında baş tutan “Neftçi”- “Xəzər Lənkəran” (2:2) oyununda qaydalar pozulub.

Paytaxt klubunun tərəfdarları AFFA İntizam Komitəsinin “qonaq azarkeşlər oyuna buraxıla bilməz” qərarına məhəl qoymayıb. Bir qrup “Neftçi” azarkeşi “Dalğa Arena”da “Xəzər Lənkəran”la matçda tribunada olub.

Publika.az xəbər verir ki, iddiaya görə, matçı izləyənlər arasında 50-yə yaxın “Neftçi” azarkeşi də olub.

Onlar özlərini son dəqiqədə büruzə veriblər. Mirhüseyn Seyidov vurduğu qoldan sonra sevinclərini gizlədə bilməyərək, qışqırmağa başlayıblar.

Qalmaqal olmaması üçün azarkeşlərin önündə polislər dayanıb.

Xatırladaq ki, “Forza Neftçi” üzvləri oyuna buraxılmadıqları üçün “Xəzər Lənkəran” rəhbərliyini qorxaq adlandırmışdılar:

““Stadionda biz buraxılmırıqsa, o oyun bizim üçün boş şeydi. “Xəzər Lənkəran”ın rəhbərliyi polisə tapşırıq verib ki, biz stadiona buraxılmayaq. Qorxaqlar!” (http://publika.az/p/52942)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm