Millimizin baş məşqçisinin maaşı açıqlandı
Bizi izləyin

İdman

Millimizin baş məşqçisinin maaşı açıqlandı

Futbol üzrə milli komandamızın baş məşqçiliyinə xorvatiyalı Robert Prosineçkinin əsas namizəd olduğu barədə məlumat vermişdik.

Hətta bu barədə AFFA da açıqlama vermişdi.

Baş məşqçi postuna namizədlər barədə soruşanda hər dəfə eyni cavabı verən (“Qaydalara uyğun olaraq həmin məşqçinin adı gizli saxlanılır. İcraiyyə komitəsi qərar verdikdən sonra mətbuata açıqlama verəcəyik”) qurum bu dəfə özü məsələni açıqlamışdı.

AFFA-nın yaydığı məlumata görə, Robert Prosineçki ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra danışıqların növbəti mərhələsinə başlayacaq.

Publika.az xəbər verir ki, bu dəfə millimizin əsas namizədi haqda Xorvatiya mətbuatı məlumat yayıb.

Xorvatiya mətbuatının iddiasına görə, 45 yaşlı mütəxəssislə AVRO-2016-nın seçmə mərhələsinin sonunadək müqavilə imzalanacaq.

Hətta Robert Prosineçkinin ölkəsinin mətbuatı iddia edir ki, bu müddətdə ona üst-üstə 1,5 milyon dollar ödəniləcək. Baş məşqçinin təqdimat mərasimi isə dekabr ayının 2-də baş tutacaq. Xorvatiyalı mütəxəssisə tərcüməçi qismində Stipe Lapiç kömək edəcək.

Hər iki şəxs ötən gün "Xəzər Lənkəran" - "Neftçi" matçını birgə izləyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm