İdman
“Bakı 2015”-in simvolları təqdim edildi - FOTOLAR
Bu gün Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib.
Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə,
Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar
ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu
cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün
dünyada Birinci Avropa Oyunlarının simvoluna çevriləcək.
Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar Birinci Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər”.
Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif
etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından
tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu
bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş
etdirəcək.
Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və
Azərbaycanda qorunan heyvan növlərindən biridir.
Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və
enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi
sevir və Avropa Oyunları tədbirinə qoşulacaq.
Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı
2015 brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş
etdirilib.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Bizim simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir və onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək”.
Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna söyləyib: “Biz
Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik və
ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq.
Belə ki, biz Bakı 2015-də Avropanın məşhur idmançılarına ev
sahibliyi etməyə hazırlaşırıq. Simvollar illüstrasiya olaraq
yaradılıb, amma tezliklə animasiyalı və real görünüşə sahib olaraq
Avropa Oyunları merçendayzinqinin bir hissəsi olacaqlar”.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!