• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Cəzaya məruz qalanlar – “Razı deyilik, məsələ düzgün araşdırılmayıb”

  • İdman
  • 26 Noyabr 2014 12:40
  • 1 752 Baxış
Cəzaya məruz qalanlar – “Razı deyilik, məsələ düzgün araşdırılmayıb”

Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Premyer Liqasının XII turunun “İnter” - “Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra stadionun dəhlizində “Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və “İnter” klubunun baş məşqçisi Kaxaber Tsxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanıb, hər iki klub 5000 manat cərimə olunub.

Maraqlıdır, bu cəriməyə klubun reaksiyası necədir?

Suala cavab tapmaq üçün “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.

Publika.az-a danışan klub rəsmisi verilən qərarla razı olmadıqlarını bildirdi. Hüseyn Cəbrayıloğlu, Yunis Hüseynovla Kaxaber Tsxadadzenuin eyni cəzaya məruz qalmasını düzgün addım hesab etmir:

“Əlbəttə, verilən bu qərar bizi razı sala bilməz. Yunis Hüseynovun “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ilə eyni cəzaya layiq görülməsini düzgün hesab etmirəm.

Məsələ düzgün araşdırılmayıb.

Kaxaber Tsxadadze üzünü bizim məşqçilər korpusuna doğru tutaraq, etik qaydalara sığmayan hərəkət edib. Elə hər şey bundan sonra başlayıb. Yunis müəllim niyə durduğu yerdə problem çıxartsın?

Demək olar ki, bütün klublar İntizam Komitəsinin qərarlarından narazıdırlar. Bu haqda danışmaqdan yorulduq. Ancaq heç bir şey dəyişmir. Qərardan şikayət edib-etməyəcəyimə gəldikdə isə, bu, hələ məlum deyil”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR