Soçidə qalmaqal - Norveçli idmançı olimpiya çempionluğunu itirə bilər
Bizi izləyin

İdman

Soçidə qalmaqal - Norveçli idmançı olimpiya çempionluğunu itirə bilər

Soçidə qalmaqal-Norveçli idmançı olimpiya çempionluğunu itirə bilər

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Norveç idmançısı Marit Borqeni cəzalandıra bilər. Publika.az xəbər verir ki, buna səbəb idmançının internet-mağazanın reklam rolikinə çəkilməsidi.

BOK Olimpiada vaxt idmançıların reklam roliklərinin yayımına qarşı ciddi qadağa tətbiq edib. Ancaq qadağaya baxmayaraq, Borqenin çəkildiyi Ludo internet-mağazasına məxsus reklam roliki sosial şəbəkələrdə nümayiş olunur.

Mağaza reklam rolikinin yayımını dayandırmasa, idmançı qızıl medaldan məhrum oluna bilər.

BOK-un marketinq direktoru Qerhard Hayberq məsələyə belə münasibət bildirib: “İdmançı çempionluqdan məhrum edilə bilər. Biz inanırıq ki, bu, baş verməyəcək.

“Ludo” şirkətindən xahiş edirik ki, atdıqları addımın nə ilə nəticələnəcəyi barədə düşünsünlər. Onlar BOK-la əlaqə saxlamalıdırlar. Ümid edirəm ki, nə qədər gec deyil, reklamın yayımı dayandırılacaq. İdmançı özü də situasiyanı anlamalıdı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm