"Qələbə üçün hər şey edəcəyik - AÇIQLAMA
Bizi izləyin

İdman

"Qələbə üçün hər şey edəcəyik - AÇIQLAMA

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sabah Fransada “Sent Etyen”lə baş tutacaq oyun haqqında fikirlərini səsləndirib.

O, Teleqraf.com-a açıqlamasında deyib ki, komanda uğurlu nəticə üçün hər şey edəcək: “"Dnepr"lə Bakıdakı qarşılaşmaya qədər hamı düşünürdü ki, şansımız var. Ukraynalılarla hələ ilk oyundan əvvəl demişdim ki, favoritlərdən biri elə bu komandadır. 2-ci yeri tutmaq üçün onların kifayət qədər şansı var, həqiqətən güclü heyətə malikdirlər. Qrupda 3 komandanın eyni xalı olsa da, şanslar var. Ola bilər bir qələbə hansısa komandaya kifayət eləsin, ola bilər bir qələbə bəs eləməsin və məğlubiyyət hansısa komandanı həmən sıradan çıxarsın. Səfərdə “Sent Etyen” və evdə “İnter”ə qarşı ağır oyunumuz var. Sona qədər mübarizə aparacağıq. Maksimum xal toplamağa çalışırıq. Azərbaycan futbolunun reytinqi üçün hər xal bizim üçün uğur sayılır. Çalışırıq ki, qrupda daha çox xal toplayaq. Futboldur, nəticə üçün meydana çıxacağıq. Bu gün heç nə vəd edə bilmərəm. Təkcə onu deyə bilərəm ki, uğurlu nəticə üçün hər şey edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm