• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qurban Qurbanov: "Sabahkı oyunda üstünlük rәqibdә olacaq"

  • İdman
  • 26 Noyabr 2014 23:38
  • 436 Baxış
Qurban Qurbanov: "Sabahkı oyunda üstünlük rәqibdә olacaq"

Sabah Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə “Sent Etyen”in qonağı olacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransı keçirib. Ağdam klubun çalışdırıcısı əvvəlcə oyun haqda danışıb:

"Son iki oyunumuzdan biridi. Yaxşı komandaya qarşı oynayırıq. İkinci yer üçün 3 komandanın da şansı var. Rәqibi yaxından izlәyib, öyrәnmişik. Cәmi bir oyunçuları zәdәlidi. Başqa bütün oyunçuları sabahkı qarşılaşmaya tam hazırdı". Daha sonra təcrübəli mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Bakıdakı oyundan fәrqli oyun gözlәyirsizmi?

- Düşünürәm ki, sabahkı oyunda üstünlük rәqibdә olacaq. Çalışacağıq rәqib öz oyun üslubunu diqtə eləməsin. Komanda şəklində intizamlı oynamalıyıq. Oyunun gedişi hesabdan da asılı ola bilәr.

- Dörd önәmli legionerdәn üçü sıradan çıxıb. Bu komandanızın gücünü xeyli aşağı salıb. Sabahkı oyunda 3-4 il әvvәlki kimi motivasiya hesabına bu çatışmazlığı aradan qaldırmaq mümkün olarmı?

- Hәmişә demişәm, komanda fәrdi oyunçudan asılı olmamalıdı. Amma sağlam futbolçu da istәklәrimizin gerçәklәşmәsi üçün daha yaxşı imkan demәkdi. Önәmli oyunçuların zәdәli olması mәnfi təsirini göstәrәcәk. Sabah komandada hәr kәs әn yaxşı oyununu oynamağa çalışacaq. - Komandada İlqar, Medvedev, Çumbinyo və Reynaldo kimi әhәmiyyәtli oyunçuların zәdәlәnmәsini hazırlıqda poblemin olmasıyla әlaqәlәndirmәk olarmı?

- Futbol elә oyundu ki, zәdәlәr qaçılmazdı. Bütün komandalar әhәmiyyәtli mәqamda bunda әziyyәt çәkә bilәr. Bir var ağır zәdә, bir dә var mikro zәdә. İlqarla Maksimin zәdәlәri ciddi olmayıb. Çumbinyo vә Dias isә ağır zәdә alıb. Düşünmürәm ki, bunların hazırlıqla hansısa әlaqәsi olsun.

- "Dnepr" daha tәhlükәli rәqib idi yoxsa, "Sent Etyen"? - "Sent Etyen"lә oyunda daha az stress olacaq. "Dnepr"lә isә sәfәrdә qalib gәlmişdik deyә, doğma meydanda azarkeşlәrin gözlәntisi böyük idi. Bu da şübhәsiz ki, komandanın üstündә böyuk psixoloji yük yaratmışdı. Düşünmürәm ki, mәğlubiyyәtә layiq oynamamışdıq, ancaq bu futboldu. "Dnepr" artıq keçmişdә qalıb, bütün diqqәtimizi vә gücümüzü sabahkı oyuna hesablamışıq.

- "Sent Etyenn"in nәinki Fransa çempionatı, hәtta Avropada bu mövsüm әn çox heç-heçә elәyәn komanda olduğunu öz aranızda qeyd etmisizmi? Bu mәqamı qabartmısızmı?

- "Bu suala qısa cavab da verә bilәrәm: bәli, әn çox heç-heçә elәyәn komanda olduğunu bilirik. Hәm qrupda bütün oyunları heç-heçә olub, hәm dә ölkә çempionatlarının son oyunlarında. Bu o demәkdi ki, qol buraxmağı sevmir, müdafiәdә yaxşı oynayırlar. Son oyunlarında 1:0 uduzurdular, sonradan bәrabәrlik qolunu vurdular. Yәni qol buraxmamağı da, vurmağı da bacaran komandadı".

"Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR