DÇ 2018 Rusiyadan alına bilər - Platinidən ŞOK AÇIQLAMA
Bizi izləyin

İdman

DÇ 2018 Rusiyadan alına bilər - Platinidən ŞOK AÇIQLAMA

UEFA prezidenti Mişel Platini 2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə dünya çempionatının ev sahibliyinin Rusiyadan və Qətərdən alına biləcəyinə işarə vurub. Qurum rəhbəri bunu çempionatların ev sahibinin müəyyənləşməsi prosesinin saxtakarlaşdırıldığı iddiaları ilə əlaqələndirib.

Publika.az xəbər verir ki, Platini bu məsələ ilə bağlı aparılan araşdırmaların nəticələrinin ictimaiyyətə tam açıqlanmalı olduğunu deyib. “Əgər səsvermə prosesində qanun pozuntusu olubsa, o zaman hər şey yenidən keçirilməlidir”.

Qeyd edək ki, mətbuat Rusiya və Qətərin dünya çempionatlarına ev sahibliyi ilə bağlı keçirilən səsvermələrin saxtakarlaşdırıldığını və FİFA-nın bəzi üzvlərinin rüşvət aldığını iddia edir.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm