• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

"Qarabağ"dan qələbəyə bərabər heç-heçə

  • İdman
  • 28 Noyabr 2014 02:12
  • 465 Baxış
"Qarabağ"dan qələbəyə bərabər heç-heçə

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçirilib. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” Fransanın “Sent Etyen” komandası ilə qarşılaşıb.

Publika.az xəbər verir ki, Bakıda keçirilən ilk oyunda rəqibi ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun komandası qrupdan çıxmaq şansını saxlamaq üçün səfərdən ən azı bir xalla dönməli idi ki, bunu da bacarıb. Səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ" qrupda ikinci pilləyə yüksəlib.



27 noyabr

Avropa Liqasının qrup mərhələsi, V tur

00:05. "Sent-Etyen" (Fransa) – "Qarabağ" (Azərbaycan) - 1:1
Qollar:
Vüqar Nadirov, 15 (0:1), Volfsvinkel, 21 (1:1)
Hakimlər: Kristin Yakobsson, Siqurdur Oli Torleyfsson və Qunnar Qunnarsson (hamısı İslandiya)
Sent-Etyen. “Joffrua Qişar” stadionu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR