Qurban Qurbanov: "Artıq bu oyunu unutmalıyıq"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "Artıq bu oyunu unutmalıyıq"

Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Sent-Etyen"lə 1:1 bərabərə qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, maş məşqçi matçın ağır keçməsinə baxmayaraq səfərdə sərfəli nəticə qazandıqlarını bildirib:

"Nəticə pis olmasa da, ağır oyun keçdi. Belə olacağını bilirdik. "Sent Etyen" son vaxtlar ən yaxşı oyunlarını nümayiş etdirir. Bu gün müdafiəyə çox diqqət yetirdik. Hücumda seçim az idi. Səfərdən yaxşı nəticə ilə dönürük. Artıq bu oyunu unutmalıyıq. Çünki iki gün sonra Premyer Liqada "Simurq"la ağır oyunumuz var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm