• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Messi “Çelsi”yə keçir? – 250 milyon avroluq transfer

  • İdman
  • 28 Noyabr 2014 11:00
  • 422 Baxış
Messi “Çelsi”yə keçir? – 250 milyon avroluq transfer

“Barselona” klubunun ulduzu Leonel Messi İspaniya çempionatını tərk etmək haqda düşünür.

Publika.az “Express.co.uk” saytına istinadən xəbər verir ki, argentinalı hücumçu qüvvəsini başqa çempionatda sınamaq istəyir.

İngiltərə premyer liqası isə Messi üçün daha əlverişlidir.

Bu il “Çelsi”nin sıralarına qatılan Sesk Fabreqas dostunu əmin edib ki, onun gələcəyi “Stemford Bric”lə bağlıdır.

Artıq Messi ingilis dilini öyrənməyə başlayıb.

“Çelsi”nin baş məşqçisi Joze Moirinyo da bu keçidə razılıq verib.

Transfer qiymətinə gəlincə, hesab edilir ki, hazırda Messinin qiyməti 250 milyon avrodur.

İlqar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR