Kəllə vurmağa görə biraylıq həbs
Bizi izləyin

İdman

Kəllə vurmağa görə biraylıq həbs

“Bastiya” klubunun hücumçusu Brandaonu 1 aylıq həbsxana həyatı gözləyir.

Publika.az xəbər verir ki, Paris məhkəməsi futbolçunun 6 aylıq diskvalifikasiyasına 4 həftəlik həbs cəzası da əlavə edib.

Qeyd edk ki, Brandao avqusta Parisdə baş tutan Fransa çempionatının oyununda qalmaqalla yadda qalmışdı. PSJ-nin qələbəsiylə (2:0) başa çatan oyundan sonra “Bastiya”nın forvardı paltardəyişmə otağına gedərkən rəqib futbolçu Tyaqo Mottaya kəllə vurmuşdu.

Braziliyalı futbolçu günahını etiraf edərək azarkeşlərdən və komanda yoldaşlarından üzr istəyib, emosiyalarını cilovlaya bilmədiyini deyib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm