“Qarabağ” üçün “kəşfiyyat”a gedən xorvatiyalı azərbaycanlıları təriflədi
Bizi izləyin

İdman

“Qarabağ” üçün “kəşfiyyat”a gedən xorvatiyalı azərbaycanlıları təriflədi

Futbol üzrə milli komandamızın məşqçisi vəzifəsinə ən real namizədi Robert Prosineçkinin “Xəzər Lənkəran” – “Neftçi” oyununu izlədikdən sonra “Qarabağ”ın Avroliqadakı çıxışına baxacağı barədə xəbər vermişdik.

Prosineçki UEFA Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” (1:1) qarşılaşmasını izləyib. O, oyunla bağlı qurumun rəsmi saytına danışıb:

“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissədə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi.

Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm