"Qalatasaray"da yeni baş məşqçi – RƏSMİ
Bizi izləyin

İdman

"Qalatasaray"da yeni baş məşqçi – RƏSMİ

"Qalatasaray" istefaya göndərilən Cezare Prandelli və yeni baş məşqçi ilə bağlı rəsmi açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamadan öncə bildirilir ki, komandanın baş məşqçisi Prandellinin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

İkinci açıqlamada isə qeyd edilir ki, komandanın baş məşqçisi postuna namizəd Hamza Hamzaoğlu ilə danışıqlar başlayıb.

Xatırladaq ki, hazırda milli komanda da Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis ötən gün günorta saatlarında "Qalatasaray"dan təklif aldığını və prinsipial anlaşma əldə etdiyini bildirmişdi.

Məlumat üçün bildirək ki, "Qalatasaray"dan ayrılan italyan mütəxəssis Prandellinin adı artıq yeni klubla hallanır. Bu, "Parma" klubudur.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm