Premyer Liqanın formatı yenidən müzakirə ediləcək
Bizi izləyin

İdman

Premyer Liqanın formatı yenidən müzakirə ediləcək

Dekabrın 3-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq.

Publika.az xəbər verir ki, çempionatda Premyer Liqanın formatı da müzakirə olunacaq.

Hazırda çempionat 9 komanda ilə davam edir ki, bu da utancverici hal sayıla bilər. Çünki keçmiş SSRİ ölkələri ilə müqayisədə Azərbaycan bu məsələdə sonuncu yerlərdən birini tutur. Daha da konkretləşdirsək, çempionatdakı komanda sayına görə ölkəmiz yalnız Ermənistanla Tacikistanı qabaqlayır ki, buna görə də sevinməyinə dəyməz. Odur ki, İK-nın toplantısında komandaların sayının artırılması yolları da müzakirə ediləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm