• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Neftçi" "Qəbələ"yə qarşı (YENİLƏNİR)

  • İdman
  • 29 Noyabr 2014 19:06
  • 338 Baxış
"Neftçi" "Qəbələ"yə qarşı (YENİLƏNİR)

Bu gün Azərbaycan PremyerLiqasında 14-cü turun oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

Turnir cədvəlinin son pilləsində qərarlaşan “Bakı” öz meydanında “İnter”i qəbul edib. Matçın taleyini bir qol həll edib. Mikel Alvaronun görüşün 40-cı dəqiqəsində vurduğu qol "İnter"ə 1:0 hesablı qələbə qazandırıb.

“Sumqayıt” səfərdə AZAL-ın qonağı olub. Gərgin keçən oyun AZAL-ın qələbəsi ilə başa çatıb - 3:2.

Turun mərkəzi qarşılaşması da paytaxda keçiriləcək. Burada “Neftçi” “Qəbələ”ni sınağa çəkib. Tərəflər meydançadan sülhlə ayrılıblar - 0:0

Tura sabah keçiriləcək “Simurq” – “Qarabağ” matçı ilə yekun vurulacaq.





29 noyabr (şənbə)

17:00. “Neftçi” – “Qəbələ” - 0:0
Hakimlər
: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov

14:00. “Bakı” – “İnter” - 0:1
Qol:
Mikel Alvaro, 40 (0:1)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev

15:00. AZAL – “Sumqayıt” - 3:2
Qollar:
Rəşad Abdullayev, 39 (1:0), Orxan Əliyev, 45 (1:1), Tofiq Mikayılov, 51 (1:2), Viktor İqbekoyi, 63 (2:2), Novruz Məmmədov, 73 (3:2)
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov



30 noyabr (bazar)

17:00."Simurq" - "Qarabağ"
Hakimlər:
Rəhim Həsənov, Munis Abdullayev, Mübariz Haşımov, Teymur Fərhadov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR