FİFA ən yaxşı müdafiəçilərin adlarını açıqladı
Bizi izləyin

İdman

FİFA ən yaxşı müdafiəçilərin adlarını açıqladı

FİFA ilin ən yaxşı yarımmüdafiəçi mükafatına namizədlərin adlarını açıqlayıb.

Publika.az-ın məlumatına görə, 2014-cü ilin rəmzi yığmasına düşməyə namizəd olan 15 yarımmüdafiəçidən ibarət siyahını dərc olunub.

Siyahıda bu oyunçuların adları yer alıb: Xabi Alonso (İspaniya, “Bavariya”), Bastian Şvaynştayger (Almaniya, “Bavariya”), Anxel di Mariya (Argentina, “Mançestr Yunayted”), Sesk Fabreqas (İspaniya, “Çelsi”), Eden Azar (Belçika, “Çelsi”), Xavi və Andres İnyesta (hər ikisi İspaniya, “Barselona”), Toni Kroos (Almaniya, “Real”), Luka Modriç (Xorvatiya, “Real”), Xames Rodriges (Kolumbiya, “Real”), Mesut Ozil (Almaniya, “Arsenal”), Andrea Pirlo (İtaliya, “Yuventus”), Pol Poqba (Fransa, “Yuventus”), Arturo Vidal (Çili, “Yuventus”), Yaya Ture (Kot-d'İvuar, “Mançestr Siti”).

Daha əvvəl ilin ən yaxşı beş qapıçısının və 20 ən yaxşı müdafiəçisinin adları açıqlanıb. FİFA və FIFPro dekabrın 1-də hücumçular arasından ilin komandasına namizəd olan 15 oyunçunun siyahısını açıqlayacaq.

Ümumi şort-listə cəmi 55 oyunçu daxil olacaq. İlin komandasına bir qapıçı, dörd müdafiəçi, üç yarımmüdafiəçi və üç forvard daxil ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm