Millimizin üzvü Almaniyada 90 dəqiqə oynadı
Bizi izləyin

İdman

Millimizin üzvü Almaniyada 90 dəqiqə oynadı

Millimizin üzvü Almaniyada 90 dəqiqə oynadı

Almaniyanın II Bundesliqasında qış fasiləsi başa çatıb. Publika.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Tuğrul Eratın çıxış etdiyi "Fortuna" "1860 Münhen"in qonağı olub.

Oyun 1:1 hesabı ilə başa çatıb. İlk qolu 60-cı dəqiqədə meydan sahiblərindən Yuya Osako vurub. "Fortuna" isə 70-ci dəqiqədə Ben Halloranın bərabərlik qoluna sevinib.

Dusseldorf təmsilçisinin baş məşqçisi Lorenz-Günter Kostner Tuğrula start heyətində şans verib. Millimizin üzvü 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Fortuna" 20 turdan sonra 26 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm