"Qarabağ"xalqa müraciət etdi
Bizi izləyin

İdman

"Qarabağ"xalqa müraciət etdi

“Sent-Etyen”lə oyunun çətin olacağını bilirdik. Çünki, qrupdan çıxmaq şansımız böyük ölçüdə bu oyundan asılı idi. Futbolçuların hazırlığı, komandadakı əhval-ruhiyyə yaxşı nəticə qazanmağa kömək etdi”.

Bu sözləri qol.az-a açıqlamasında “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi “Qarabağ”ın Fransadan sərfəli nəticə ilə dönəcəyinə inandığı bildirib: “Vüqar Nadirovun qoluna çox sevindik. Arxayınlığa görə rəqibdən qol buraxdıq. Matç zamanı sona qədər diqqətli olmağımız vacibdir.

Ani arxayınlıq yekun nəticəyə çox pis formada təsir edə bilər. İndi diqqətimizi yenidən Azərbaycan çempionatına yönəltməliyik. Yalnız vaxtı gələndə İtaliyanın “İnter” klubu haqda düşünəcəyik. Azərbaycan çempionatda lider olmağımız bizi sevindirir. Həm hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq.

Ə. Çəlikəl “İnter”lə də görüşdən danışıb: “Biz hər zaman olduğu kimi futbolçularımıza, məşqçilərimizə inanırıq. Bu oyunda hamımız bir olmalıyıq. Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız olacaq. Qrupdakı son matç Azərbaycan futbolu üçün çox vacibdir. Biz məsuliyyəti dərk edirik və bu çətin görüşə hazır olacağıq. Birlikdə bu mərhələni keçməyə çalışacağıq. Klub olaraq “İnter”lə matçın yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılıq baxımından nə lazımdısa ediləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm